Media nümayəndələrinin akkreditasiyası başladı

0:00 Aug 01, 2017
Media nümayəndələrinin akkreditasiyası başladı

Avropa Çempionatı üçün media nümayəndələrinin Akkreditasiyası 01 avqust tarixindən start götürüb. Akkreditasiyadan keçmək istəyən media nümayəndələri bu linkə (http://eurovolleywomen2017.com/en/media) daxil olaraq anketi doldura bilərlər. Nəzərinizə çatdıraq ki, akkreditasiya üçün son tarix 31 avqustdur. Bu tarixdən sonra göndəriləcək anketlərə baxılmayacaq.

Tbilisi matçlarında iştirak edəcək jurnalistlər Tbilisi Yeni İdman Sarayından, Göygöldə olacaq jurnalistlər Göygöl Olimpiya Kompleksindən, Bakıda olacaq media nümayəndələri isə Milli Gimnastika Arenasından kartlarını əldə edəcəklər. Qeyd edək ki, qeydiyyatdan keçən şəxşlərə akkreditasiya kartları 15 sentyabr tarixindən etibarən yuxarıda göstərilən ünvanlarda verilməyə başlayacaq.

news & media feed VIEW ALL