Avropa çempionatının biletləri onlayn satışdadır

0:00 Jul 31, 2017
Avropa çempionatının biletləri onlayn satışdadır

Azərbaycan və Gürcüstanın şərikli keçirəcəyi qadın voleybolçular arasında Avropa çempionatının biletləri bazar ertəsindən etibarən onlayn satışa çıxarılıb. Tezliklə, əcnəbi azarkeşlər də onlayn yolla bu biletləri əldə edə biləcək. Bu günlərdə biletləri onlayn sifariş verməyin detalları ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən həftədən Milli Gimnastika Arenasında keçiriləcək oyunların biletlərinin əyani satışına start verilib. Biletlərin qiyməti 3 və 5 manat təşkil edir. Xatırladaq ki, A qrupunun (Azərbaycan, Almaniya, Polşa, Macarıstan) və C qrupunun (Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan) oyunları Bakıda, B qrupunun (İtaliya, Gürcüstan, Xorvatiya, Belarus) görüşləri Tiflisdə, D qrupunun (Serbiya, Hollandiya, Belçika, Çexiya) qarşılaşmaları isə Göygöldə keçiriləcək. Pley-off, 1/4 final, yarımfinal və medallar uğrunda matçların hamısı Milli Gimnastika Arenasında baş tutacaq. Avropanın 16 ən güclü yığması sentyabrın 22-dən oktyabrın 1-dək ümumilikdə 36 oyun keçirəcək.

news & media feed VIEW ALL