Göygöldə est oyunu keçirildi

18:30 Jul 26, 2017
Göygöldə est oyunu keçirildi

22 sentyabr - 1 oktyabr 2017-ci il tarixlərində 2017 Avropa Çempionatının final oyunlari Azərbaycanda və Gürcüstanda keçiriləcəkdir. Azərbaycanda oyunlar Bakı və Göygöl şəhərlərində olacaq. 

Göygöl şəhərlərində keçiriləcək Avropa çempionatının test - yoxlama oyunu bu gün 25 iyul tarixində keçirildi. Test oyununun keçirilməsində əsas məqsəd oyun arenasına baxış və hər hansı bir çatışmamazlıq olarsa Avropa Çempionatına kimi bunu aradan qaldırmaqdan ibarətdir.

Göygöl Olimpiya Kompleksində keçirilən test oyununda Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı Çelenc sisteminin işləməsini, işıqlandırmanı və digər məsələləri yoxladılar.

Qeyd edək ki, Göygöldə D qrupunun oyunları keçiriləcəkdir.

 

XƏBƏRLƏR VƏ MEDİA HAMISI