Polina Rəhimova: "Rəqabət voleybolçuların xeyrinədir"

18:23 Jul 26, 2017
Polina Rəhimova:

Qadınlardan ibarət voleybol yığmamızın Avropa çempionatına hazırlığı Bakıda davam edir. Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq paytaxta qayıdan millimiz məşqlərini Dərnəgül Voleybol Mərkəzində keçir. Komandamızın əsas voleybolçularından biri Polina Rəhimova hazırlıq prosesi barədə bunları deyib: "Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Qubadakı hazırlıq prosesində fiziki hazırlığa üstünlük verdik. İlk dəfə yığmada bu qədər çox voleybolçu var. Demək olar ki, bütün oyunçularımız toplanışda iştirak edir. Sayımız 35-ə yaxındı. Bütün voleybolçular üçün özünü göstərib yığmaya düşməsi üçün gözəl şansdır. Bu da komandada güclü rəqabət yaradır. Rəqabət isə voleybolçuların xeyrinədir. Dünya çempionatının seçmə mərhələsində bunun faydasını gördük. Şəfaqət Həbibova və Ceyran Əliyeva kimi oyunçular meydançaya sonradan daxil olub, servisləri və qəbullarıyla komandaya fayda verdilər".

XƏBƏRLƏR VƏ MEDİA HAMISI